MÜQƏDDƏS BAĞ Sissinghurst qalasının bağı, Lidiya Çiarelli tərəfindən şeir-Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli.

MÜQƏDDƏS BAĞ

 

Sissinghurst qalasının bağı

 

Yay iyuna qədər dərinləşəndə səni sevdim.

 

Vita Sackville-Vest

 

Yayın nişanlısı

ağ qladuoluslar

yüksəlir

ilahi bir nəğmə kimi,

Sənə bu müqəddəs bağın

kahininin  təklifidir

bu güllər,   

Və onların güclü ətri

Ruhunu da zəhərləyər.

 

Uzun zaman sonra

yenə məqsədsiz

hələ də sürünərsən

qədim yollarda.

 

Uzaqdaykən hələ

günəşin qürubu

Günün yaraları kimi

Görünər relyeflər.

 

 

Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli.